- Baxış sayı: 21
- 09 Dekabr 2025 23:14
- Baxış sayı: 44
- Dekabr 08, 2025
- 0

Azərbaycan premyer liqasının XIV turunda “Kəpəz”lə qarşılaşan və 2:0 hesablı qələbə qazanan “Araz-Naxçıvan”ın baş məşqçi Elmar Baxşıyevin mətbuat konfransında iştirak edib.
Allsport.az xəbər verir ki, o, oyunun ağır keçdiyini deyib: “Kubok matçından sonra komanda şəklində daha artığını etmək məcburiyyətində idik. Yaxşı oynadıq və buna görə futbolçularımı təbrik edirəm.
Oyun ərzində hər bir komandanın üstünlük qazanmaq şansı olar. Biz də kubok oyunundan sonra stress yaşamışdıq və həftə ərzində bir-birimizə yaxın, dəstək olmağa çalışdıq. Həmin stressi atdıqdan sonra bu gün meydanda işimiz alındı.
Felipenin zədəsi ciddi deyil. Fərdi məşq edir. Qarşıdakı oyunlarda komandanın yanında olacağına inanıram”.