- Baxış sayı: 18
- 27 Mart 2026 10:17
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Azərbaycan kubokunun 1/8 final mərhələsində “Sumqayıt” doğma meydanda MOİK-lə 120 dəqiqə davam edən oyundan qalıb ayrılıb – 2:1.
Allsport.az xəbər verir ki, oyundan sonra “kimyaçılar”ın baş məşqçisi Vaqif Cavadov bunu deyib:
“Bir az gərgin oyun izlədik. Baxmayaraq ki rəqibin bir-sıra baxımlı hücumları oldu, lakin 120 dəqiqə ərzində üstün tərəf biz idik. Komandam sonadək öz gücünü göstərdi. MOİK-ə də qarşıdakı oyunlarda uğurlar arzulayıram. Qəzənfər müəllim gözəl komanda formalaşdırıb. Futbolçularımı təbrik edirəm. Yolumuza inamla davam edəcəyik”.