Kompani oyunçularından razı qalıb

“Bavariya”nın baş məşqçisi Vensan Kompani çempionlar liqasının ümumi mərhələsinin 5-ci turunun Fransa PSJ-si ilə oyununda (1:0) əldə etdikləri qələbəni şərh edib.

Allsport.az xəbər verir ki, gənc mütəxəssis komandasının çıxışından razı qalıb:

“Ən önəmlisi komandamın nə əldə etdiyidir. İlk hissədə pressinqdə güclü idik və çoxlu top qazana bildik. Matça yaxşı başladıq. Qələbəyə tam layiq oyun nümayiş etdirdik.

Münhendə çempionlar liqasının finalı? Bu, uzun bir yoldur, bu il isə daha da uzundur. Qarşıda matçlarımız var və diqqətimizi onlara yönəldəcəyik”.

“Bavariya” hazırda beş matçdan sonra ÇL-nın turnir cədvəlində 9 xalla 11-ci pillədədir.

Həmin kateqoriyadan