Konkisürənlərin terror qorxusu

2001-ci ilin sentyabrında fiqurlu konkisürənlər Tatyana Navka və Aleksandr Julin Los-Ancelesdə olarkən 11 sentyabr terror aktları baş verib. Allsport.az xəbər verir ki, həmin vaxt onların qızı Saşa dayəsi ilə birlikdə faciənin baş verdiyi yerə yaxın, Nyu-Cersidə idi.

Mobil rabitənin kəsilməsi səbəbindən Navka və Julin uzun müddət onunla əlaqə saxlaya bilməyiblər, bu da onların narahatlığını daha da artırıb. Hadisələrin gedişini televizordan izləyən cütlük övladlarının təhlükəsizliyi üçün ciddi narahatlıq keçirib.

Bir neçə gündən sonra aviareyslər bərpa olunduqdan sonra onlar geri dönə biliblər və nəhayət, qızlarının salamat olduğunu öyrəniblər. Bu hadisə onların həyatında dərin iz buraxıb və o dövrdə yaşadıqları qorxunu heç vaxt unutmayacaqlarını bildiriblər.

Həmin kateqoriyadan

azenrutr