- Baxış sayı: 33
- 21 Noyabr 2024 23:46
- Baxış sayı: 54
- Noyabr 21, 2024
- 0
Bakı şəhər gənclər və idman baş idarəsinin konfrans zalında 3×3 basketbol üzrə könüllülər kubokunun mükafatlandırması olub. Allsport.az saytı xəbər verir ki, baş idarənin rəisi Raqif Abbasov, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin sədri Miraqil Seyidzadə və digər rəsmi şəxslərin iştirakı ilə keçirilən tədbirdə qalib komandanın üzvlərinə növbəti yarışlarda uğurlar arzulanıb, müvafiq dərəcəli diplom və medallar təqdim olunub.
Mərasimindən sonra oktyabrın 28–31-də Binəqədi rayonu 248 nömrəli tam orta məktəbin meydançasında keçiriləcək futbol üzrə könüllülər kuboku uğrunda turnirin püşkatma mərasimi keçirilib.
Su idman sarayının yaxınlığında yeni salınmış ABAD məhəllədə keçirilən basketbol (3×3) üzrə könüllülər kuboku uğrunda turnirdə 13 oğlan və 7 qız komandası mübarizə aparıb.