- Baxış sayı: 266
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Konyada 5-ci Rumi Uşaq oyunlarında idmançılarımız üçün karate yarışlarının son günü uğurla başa çatıb. Allsport.az xəbər verir ki, bir gün əvvəl qızların yarışında bürünc medala sahib olan yeniyetmələrdən ibarət seçmə komandamızın üzvləri ötən gün 4 gümüş və daha iki bürünc medal qazanıblar.
Hümmət Baxşəliyev (-52 kq), Anar Novruzov (-57 kq), Əbülfəz Rəhimov (-63 kq) və Niyazi Məmmədov (+70 kq) finalda qızıl medal imkanlarını əldən veriblər. Əli Quliyev (-70 kq) ilə Ceyhun İsmayılov (kata) bürünc medalların sayını üçə çatdırıblar.
Beləliklə, yeniyetmə karateçilərimiz Mədinə Sadıqovanın (-47 kq) da qazandığı ilk bürünc mükafatla birgə 5-ci Rumi Uşaq oyunlarında 7 medala sahib olublar.
İdmançılarımız ayın 24-də vətənə dönəcəklər.