- Baxış sayı: 29
- 10 Mart 2026 20:39
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

Türkiyə superliqanın 2 nəhəngi – “Beşikdaş” və “Fənərbağça” yarımçıq transfer dövründə kadrlarını gücləndirmək üçün yarışa çıxıblar. Allsport.az saytı xəbər verir ki, 2 əzəli rəqib İngiltərə premyer liqa “Aston Villa”dan ayrılması gündəmdə olan Filippe Koutinyunu heyətinə qatmaq istəyir.
Hücum xəttini gücləndirmək üçün qollarını çırmalayan hər 2 klub bu transferdə üz-üzə gəlib. “Fənərbağça” rəhbərliyi Braziliya futboluna yaxınlığına görə, baş məşqçi Jorji Jezuş ən böyük üstünlük kimi görür.
“Ağ-qaralar” isə Jozeflə yaxın dostluq münasibəti olan Koutinyunu razı salmaq üçün hazırlıqlara başlayıb.
2 komanda “Aston Villa” ilə əlaqələrə başlayıb.
O, 2012-13-ci ilər mövsümündə İtaliya “İnter”inin heyətində Avropa liqasının qrup mərhələsində “Neftçi”yə qarşı oyunlarda iştirak edib. Tofiq Bəhramov adına stadionda ilk görüşdə qol vurub. Əvəz matçında Bakı klubu Milanda 2:2 edib.