- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Rusiyanın “Krasnodar” klubunun baş məşqçisi Oleq Kononov Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
– Bizim zədəli futbolçularımız var. Əsas problemimiz budur. Üstəlik, elə oyunçular var ki, hələ də oyun üslubumuza alışmağa çalışırlar. Təbii ki, gərgin qrafik də təsirini göstərir. Bizdə sabitlik çatışmır. Hazırda hücum xəttindəki oyunumuz alınmır.
– Bəs komandanız nə vaxt pik nöqtəsinə çatacaq?
– İstərdim ki, artıq növbəti oyunda pik nöqtəmizə çataq. Amma bu, öncə sadaladığım məqamlardan – zədəlilərin bərpasından, uyğunlaşmadan asılıdır. Joazinyonun “Terek”lə oyunda meydana çıxaraq oyunumuzu gücləndirməsi sevindirən məqamlardandır. Fikrimcə, o, artıq tam hazırdır və əsas heyətdə çıxış edə bilər. Əhmədov da tezliklə bərpa olacaq. Mümkündür ki, “Qəbələ” ilə oyuna qədər sıraya dönsün. Pereyra isə hələ müalicə alır və dəqiq nə vaxt oynayacağını bilmirik.
– Deməli, zədəlilər sıraya dönəcəyi halda hər şey qaydasına düşəcək?
– Bizim elə futbolçularımız var ki, zədədən sonra əvvəlki formasını tam bərpa edə bilməyib. Görünür, məşq prosesində nəsə çatışmır. Düşünmək lazımdır. Müəyyən məqamlar var ki, məni qane edir. Amma elə məqamlar da var ki, üzərində çalışmağımız lazımdır. Əsas odur ki, öz səhvlərimizi bilirik. Onları aradan qaldırmaq üçün iş gedir. Dortmundda “Borussiya”ya qarşı keyfiyyətli futbol sərgiləmişdik. Qolu da iki yeni futbolçumuz Mamayevlə Smolov yaratdı. Amma hələ bu heyətin birgə daha çox oynaması lazımdır ki, anlaşma səviyyəsi daha yüksək səviyyəyə çatsın. Hər şeyin öz vaxtı var. Vəziyyəti dəyişmək üçün az vaxtımız var. Amma var. Biz də bundan maksimum effektli yararlanmalıyıq.