“Krasnodar”ın baş məşqçisi: “Qəbələ” qrup ikinciliyi uğrunda mübarizə aparacaq”

Rusiyanın “Krasnodar” klubunun baş məşqçisi Oleq Kononov Avropa Liqasının qrup mərhələsində “Qəbələ”, eləcə də Almaniyanın “Borussiya” (Dortmund) və Yunanıstanın PAOK komandaları ilə bir qrupa düşmələrindən danışıb. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:

“Bütövlükdə, püşkdən razıyam. Bizə rəqib olan komandaların hər birini yaxşı tanıyıram. Onlardan nə gözləmək lazım olduğunu bilirəm. Aydın məsələdir ki, “Borussiya” bizim qrupda xüsusi çəkiyə malikdir. Ona görə də “Qəbələ” və PAOK ilə yanaşı, bizim komanda da qrup ikinciliyi uğrunda mübarizə aparacaq. Ukraynanın “Karpatı” klubunu çalışdırarkən “Borussiya” və PAOK ilə qarşılaşmışam. “Qəbələ”ni də tanış rəqib saymaq olar. Bu komandanı Roman Qriqorçukun çalışdırdığını bilirəm. Heyətlərində necə futbolçuların olduğundan da xəbərim var”.

Həmin kateqoriyadan