“Kuban” Roman Qriqorçukla maraqlanır

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk karyerasını Rusiyada davam etdirə bilər. Allsport.az saytının məlumatına görə, ukraynalı mütəxəssis bu ölkənin “Kuban” klubunun maraq dairəsinə düşüb. Belə bir iddianı məşhur “Sport-Ekspress” nəşri yayıb. Məlumatda bildirilir ki, Qriqorçukla yanaşı, Viktor Qonçarenko və Dan Petresku da “Kuban”ı çalışdırmağa namizəddir.

“Kuban”ı son günlərə qədər Sergey Taşuyev çalışdırırdı. Amma o, komandanın uğursuz çıxışına görə baş məşqçi postundan istefa verib. Hazırda baş məşqçisiz olan Krasnodar klubu keçirdiyi 25 oyunda topladığı topladığı 20 xalla 16 klub arasında 14-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan