- Baxış sayı: 109
- 04 Dekabr 2025 22:23
- Baxış sayı: 82
- Dekabr 05, 2025
- 0

Millimizin basketbolçusu Zaur Paşayevin çıxış etdiyi «Kutaisi 2010» klubu Gürcüstan Superliqasında növbəti oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, «ağ-yaşıllar» 7-ci turda doğma divarlar arasında «Dinamo»i qəbul edib.
Gərgin keçən görüşdə həmyerlimizin komandası 75:64 hesabı ilə qalib gəlib. Bu matçda da Zaur Paşayev seçilib. Həmyerlimiz 10 xal qazanıb; 9 ötürmə verib və 4 götürmə edib. O bu fəallığı ilə turun rəmzi komandasında da yer alıb.
8 kollektivin yer aldığı çempionatda «Kutaisi» 7 matçdan sonra 12 xalla (+5-2) yarış cədvəlində 2-ci terdədir. Dekabrın 4-də «ağ-yaşıllar» səfərdə «Sərnişinlər»lə qarşılaşacaq.