- Baxış sayı: 37
- 25 Fevral 2026 23:30
- Baxış sayı: 143
- Fevral 25, 2026
- 0

İngiltərə futbol assosiasiyası (FA) premyer liqanın 24-cü turunda baş vermiş kütləvi dava ilə bağlı “Çelsi” və “Vest Hem” klublarını ağır pul cəzasına məruz qoyub.
Allsport.az xəbər verir ki, yanvarın 31-də keçirilən və gərgin keçən London derbisinin (3:2) əlavə vaxtında futbolçular arasında yaranan münaqişə əlbəyaxa davaya çevrilmişdi.
Hər iki klubun təqdim olunan ittihamları qəbul etməsindən sonra “Çelsi” 325 min funt-sterlinq, “Vest Hem” isə 300 min funt-sterlinq məbləğində cərimələnib.