- Baxış sayı: 21
- 27 Mart 2026 10:17
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

“Liverpul”un yarımmüdafiəçisi Federiko Kyeza bu qış İtaliyaya qayıda bilər.
Allsport.az xəbər verir ki, İnter italiyalı futbolçunun transfer etmək şərtiylə mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədir.
Milanlıların baş direktoru Beppe Marotta futbolçunun agenti Fali Ramadani ilə yaxşı münasibətdədir. Onlar bu məsələ ilə bağlı birbaşa əlaqə saxlayırlar.
Kyeza ötən yay “Yuventus”dan “Liverpul”a keçmişdi. O, cari mövsüm ərzində cəmi 3 oyunda iştirak edib.