Lənkəran türk dünyasının “Gənclər paytaxtı”na ev sahibliyi edir

Türk dövlətləri təşkilatı (TDT) və Azərbaycan respublikası gənclər və idman nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Lənkəran – türk dünyasının gənclər paytaxtı 2024” beynəlxalq proqramına start verilib.

Allsport.az xəbər verir ki, hər il türk dövlətləri təşkilatına üzv ölkələrdən bir şəhər “Gənclər paytaxtı” seçilir və ilboyu bu şəhərdə beynəlxalq tədbirlər təşkil edilir. Türk dövlətləri təşkilatının gənclər və idman nazirlərinin yeddinci iclasında 2024-cü ilin “Gənclər paytaxtı” seçilən Azərbaycanın Lənkəran şəhəri türk dünyasının 3-cü “Gənclər paytaxtı”na ev sahibliyi edəcək. Qeyd edək ki, bundan öncə türk dünyasının ilk “Gənclər paytaxtı” Özbəkistanın Buxara şəhəri, ikinci dəfə isə Türkiyənin İstanbul şəhəri olub.

Həmin kateqoriyadan