Lənkəranda kəmər imtahanı

Noyabrın 3-də Azərbaycan cüdo federasiyasının təşkilatçılığı ilə Lənkəran olimpiya idman kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

Allsport.az xəbər verir ki, imtahanda cənub bölgəsindən 161 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı və yaşıl kəmər dərəcələri üzrə imtahan verib. İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.

Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.

Həmin kateqoriyadan