- Baxış sayı: 28
- 27 Mart 2026 17:28
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

“Barselona” la liqanın 7-ci turunda evdə “Xetafe”ni 1:0 məğlub edib. Allsport.az saytı xəbər verir ki, polşalı hücumçu Robert Levandovski fərqlənib. Bu qol “narıncılar”ın İspaniya çempionatında 6500-cü qoludur.
Bu göstəriciyə 3035 oyundan sonra nail olunub – hər oyuna orta hesabla 2,14 qol. Bu müddət ərzində “Barsa” 1766 qələbə qazanıb, 613 heç-heçə edib və 656 məğlubiyyətlə üzləşib, 3362 qol buraxıb.
“Real Madrid” hazırda “Barselona”dan 1 top geri qalır. Yəni, növbəti oyunda “qalaktikos” da yubiley qolunu vura bilər.