Vinisiusu təhqir edən “Malyorka” azarkeşinə verilən həbs cəzasına münasibət

La liqanın prezidenti Xavyer Tebas azarkeşlərin irqçiliyə görə cəzalandırılmasından danışıb. Allsport.az saytı xəbər verir ki, bundan əvvəl Palma-de-Malyorkanın istintaq məhkəməsi “Real Madrid”in hücumçusu Vinisius Junioru irqi təhqir edən azarkeşi mühakimə edib.

Qalmaqal İspaniya çempionatının 20-ci turunun 2023-cü il fevralın 5-də keçirilən “Malyorka” – “Real” (1:0) matçında baş verib. Bir neçə gün sonra eyni azarkeş “Malyorka” – “Vilyarreal” matçında (4:2) Sam Çukvezeni təhqir edərkən yaxalanıb.

Məhkəmə azarkeşi 12 ay müddətinə azadlıqdan məhrum edib və 3 il müddətinə futbol stadionlarına getməyi qadağan edib.

“Bu, futbolumuzdan nifrətin aradan qaldırılması üçün son bir neçə ildə gördüyümüz işin nəticəsidir. Biz davam edəcəyik. Cinayət məsuliyyəti olmadan stadionda irqçi şüarlar və qışqırıqlar olmayacaq”.

Həmin kateqoriyadan