Laləyə neytral status verildi

Bədii gimnastika üzrə Avropa çempionu Lalə Kramarenko beynəlxalq turnirlərdə iştirak etmək üçün neytral status alıb.

Allsport.az xəbər verir ki, beynəlxalq gimnastika federasiyası (FİG) 21 yaşlı idmançının adını təsdiqlənmiş neytral atletlər siyahısına daxil edib. Ötən il siyasi səbəblərdən müraciəti rədd edilən və CAS-a şikayət edən gimnastın artıq yarışlara qatılmasına maneə qalmayıb.

Əfsanəvi azərbaycanlı qapıçı Sergey Kramarenkonun nəvəsi, Dmitri Kramarenkonun qızı olan Lalənin 2026-cı il Rusiya millisinin heyətinə daxil edilməsi məsələsinə yazda keçiriləcək ölkə çempionatından sonra baxılacaq.

Həmin kateqoriyadan