Laportanın Holand planı

“Barselona”nın prezidenti Xuan Laporta “Mançester Siti”nin hücumçusu Erlinq Holandı transfer etməyə ümid edir.

Allsport.az xəbər verir ki, Laporta prezidentlik müddəti başa çatmamış yüksək səviyyəli transfer həyata keçirmək niyyətindədir. “Barselona”nın ağır maliyyə vəziyyətinə baxmayaraq, Laporta uzun müddətdir ki, 2025 və ya 2026-cı illərdə Holand ilə müqavilə imzalamaq üçün plan hazırlayır.

Laporta norveçli forvardın agentiylə ilə inamlı münasibət qurub.

Bu mövsüm Holand bütün yarışlarda 10 matçda iştirak edib və 11 qol vurub.

Həmin kateqoriyadan