- Baxış sayı: 128
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Çimərlik voleybolu üzrə kişilərdən ibarət Azərbaycan millisi Latviya açıq çempionatında iştirak edib.
Allsport.az xəbər verir ki, 8-9 fevral tarixlərində baş tutan yarışda ümumilikdə səkkiz komanda mübarizə aparıb. Ölkəmiz açıq çempionatda iki cütlə (Məhəmməd Aslanlı/İbrahim Məmmədov və Heydər Məmmədli/Nəriman Bayramlı) çıxış edib. Olimpiya sistemi ilə keçirilən turnirdə komandamız uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Belə ki, Heydər Məmmədli/Nəriman Bayramlı cütü yarışın gümüş medallarına sahib çıxıblar. Digər təmsilçilərimiz isə (Məhəmməd Aslanlı/İbrahim Məmmədov) dördüncü yeri tutublar.
Fevralın 23-dək Latviyada təlim-məşq toplanışı keçəcək çimərlik voleybolçularımız burada daha bir neçə turnirdə iştirak edəcəklər.