Latviya çempionatında Vüqar Əsgərov poker, Orxan Həsənəliyev dubl etdi

Latviya birinci liqasında 13-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçular – Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası – “Olayne/Super Nova” səfərdə çempionatın aşkar autsayderi “Saldus” ilə qarşılaşıb.

Matç futbolçularımızın komandasının böyük hesablı qələbəsi ilə başa çatıb – 9:0. Həmvətənlərimizin hər ikisi start heyətdə meydana çıxıb. Vüqar sonadək oynayıbsa, Orxan 70-ci dəqiqədə əvəzlənib.

Futbolçularımızın darmadağında xüsusi payı olub. Vüqar biri penaltidən olmaqla 4 qol vurub (11, 13, 23, 89-cu dəqiqələrdə), Orxan isə iki dəfə fərqlənib (15 və 55-ci dəqiqələrdə). 22 xal toplayan “Olayne” 15 klub arasında 5-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan