“Lebron Ceyms “Bentli”nin yanında dayanıb ağlayırdı”

ESPN nəşrinin jurnalisti Deyv Makmenamin Lebron Ceyms haqda açıqlama verib.
Allsport.az xəbər verir ki, o, məşhur basketbolçunun 2010-cu ildə “Klivlend Kavalyers”dən “Mayami Hit”ə transferi haqda danışıb:

“Onun fikirləri qarışıq idi. Cəmi bir neçə ay əvvəl verdiyi qərarı, yetirməsi olduğu “Klivlend Kavalyers”dən ayrılmaq seçimi Lebron üçün yanlış görünürdü.

Bir gecə Lebron, doğru qərar verib-vermədiyini soruşmaq üçün ən yaxın dostu Rendi Mimsin evinə getdi. Gecə saat üçə yaxın idi. Mims evdən çıxdı və qırmızı “Bentli”ni gördü. O zaman cəmi 25 yaşı olan Ceyms bahalı avtomobilin yanında dayanıb ağlayırdı. O, Rendiyə “Mayami Hit”ə keçməkdə səhv etdiyini dedi”.

Həmin kateqoriyadan