- Baxış sayı: 39
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Sərbəst güləşdə 74 kq-da Tokio-2020-yə lisenziya qazanan Hacımurad Hacıyev zədələnib. Allsport.az saytının əldə etdiyi məlumaya görə, o, Göygöl olimpiya idman kompleksində hazırlıq zamanı zədələnib.
Vəziyyətin ciddiliyini görən həkimlər, onu iyulun 2-də Milli idman tibb və reabilitasiya institutuna yollanmağı tövsiyyə ediblər. Legionçumuz MİTRİ-yə 2 qolluq ağacında gəlib.
Yay olimpiya oyunlarının başlamasına 19 gün qalıb. Belədə, onun “dördillik”də çıxışı sual altına düşür. Bu çəkidə Hacımurad Hacıyevin tərəf müqabili olimpiya çempionu Toğrul Əsgərovdur.
Bəzi mütəxəssislər bu günlərdə Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı 70 kq-da qızıl medal qazanan Turan Bayramovu da münasib görürlər. İstedadlı bahadır öncədən bu çəyi hazırlanıb bir yarışda iştirak etsəydi, olimpiadanın başlamasına qədər hazır duruma gətirilərdi.