Legionerlərimizə örnək: İslamı qəbul etmişəm, Azərbaycanı sevirəm, çempion olacağam!

O, ölkəmizə gəlib burada uğur qazanan, maddi vəziyyətini yaxşılaşdıran çox legionerlərə nümunə ola bilər. Öz təşəbbüsü ilə Azərbaycana gəlib, millimizin formasını geyinmək istəyib. Nəzərə alaq ki, Qazaxıstan idmançılara yaradılan maddi şərait baxımından heç də Azərbaycandan geri qalmır. Bəlkə, bir qədər də üstündür. Deməli, burada idmançının şəxsi üstün marağından söhbət gedə bilməz. Əlavə edək ki, Qazaxıstan Ağır Atletika Federasiyası onun qarşı tərəfdən çıxış etməsinə icazə verməyib. Belədə, bir müddət gözləməli olub. Lakin bu əngəl Anastasiyanın israrından döndərə bilməyib. Bəs onu Azərbaycana gətirən və bu yolda istəyindən dönməyə qoymayan nədir, hansı səbəbdir? Çox inadcıldır. Yeni qələbələr qazanmaq üçün alışıb yanır. Bunun üçünsə bizdə şərait dost ölkədəkindən daha əlverişlidir. Anastasiya İbrahimlinin (69 kq) özünün dediyi kimi, bizim dövlət öz idmançısının qələbəsi naminə, onun özündən daha çox çalışır və lazımi xərclərdən də qaçmır. «Zirvə» klubunun 21 yaşlı idmançı allsport.az saytına müsahibəsində, Azərbaycana gəlişi və hazırkı durumu və gələcək planlarından danışıb.

– Qazaxıstan millisində uğurlarım olub. Onlardan ən böyüyü yeniyetməlirin dünya birinciliyində qızıl medal qazanmağımdır. Nə deyim, fikrimcə, orada məni lazımınca dəyərləndirmədilər. Hadisələr Azərbaycan gəlməyimə təkan verdi. Düzü, ölkəniz yeniyetmə dövrümdən özünə cəlb edib. Bilmirəm hansı səbəbə, ancaq içimdə bir qüvvə daim məni bura çəkib. Belədə, ürəyimin sözünə baxdım: o, Azərbaycan milli komandasından çıxış etməyimi istəyirdi.

– Neçə vaxtdır Azərbaycandasınız?
– Keçən ildən burdayam. Digər idmançılar kimi, mənə də yaxşı şərait yaradıblar. Hər şey qaydasındadır. Hələ Qazaxıstanda olarkən, İslam dinini qəbul etmişdim. Ona görə, mətbət sarıdan da çətinliyim yoxdur.
Qazaxıstan Ağır Atletika Federasiyası icazə sənədləmi vermədiyndən, bu il rəsmi yarışlarda iştirakım alınmadı. Azərbaycan mənə doğma olub. Ozümü legioner saymıram. Mən həmişəlik burada yaşayacam. Ölkəmi beynəlxalq arenalarda layiqincə təmsil etmək istəyirəm.

– Bildiyim qədər, artıq debütünüz baş tutub. Adınıza Kiprdə keçirilmiş gənclər arasında dünya birinciliyində rast gəldim.
– Bəli. Yeni milli komandamla Limasol şəhərində təşkil olunmuş 23 yaşadək ağırlıqqaldıranların dünya çempionatında mübarizə aparmışam. Düzdür, orada fəxri kürsüyə qalxa bilmədim. Çünki formada deyiləm. Bu, zədə ilə bağlıdır. Müalicə alırdım, təzə bitirmişəm. İnşallah, səylərimi artırıb, yavaş-yavaş əvvəlki yüksək hazırlıq səviyyəmə qayıdacağam.

– Kipr səfəri bu mövsüm son bynəlxalq yarışınız olacamı?
– Xeyr. 23-26 dekabrda Türkiyədə beynəlxalq yarış keçiriləcək. Orada üzv olduğum «Zirvə» İdman Klubunu təmsil edəcəyəm.

– Demək, əsas mübarizə gələn il başlayır?
– Doğrudur. Apreldə Gürüstanda qadınlar arasında Avropa çempiontaı keçiriləcək. Həmin yarışda çıxış edəcəyəm. Məncə, ona qədər normal formaya düşəcəyəm. Yarış təcrübəmi yaxşılaşdırmaq üçün fevralda başqa bir yarışda qüvvəmi sınayacağam.

 

Həmin kateqoriyadan