Levandovski 3-cü pilləyə yüksəldi

“Barselona” la liqanın 10-cu turu çərçivəsində “Sevilya”nı darmadağın edib – 5:1.

Allsport.az xəbər verir ki, bu görüşdə iki qol vuran Robert Levandovski yeni uğura imza atıb.
Polşalı hücumçu vurduğu qolların sayəsində Avropanın ən yaxşı 5 liqası (İngiltərə premyer liqası, İspaniya la liqası, İtaliya “A” seriyası, Almaniya bundesliqası, Fransa 1-ci liqası) tarixində bombardirlər siyahısında üçüncü yerə yüksəlib.
Levandovskinin hazırda Avropanın ən yaxşı beş liqasında 366 qolu var. O, Gerd Mülleri geridə qoyub və yalnız “Barselona” və PSJ-də 496 qol vuran Lionel Messi və “Mançester Yunayted”, “Real Madrid” və “Yuventus”da 495 qol vuran Kriştiano Ronaldonu geridə qalır.

Həmin kateqoriyadan