- Baxış sayı: 39
- 24 Mart 2026 18:39
- Baxış sayı: 124
- Mart 25, 2026
- 0

“Barselona”nın hücumçusu Robert Levandovski karyerasını MLS-də davam etdirə bilər.
Allsport.az xəbər verir ki, “Çikaqo Fayr” və “İnter Mayami” 36 yaşlı polşalı futbolçu ilə maraqlanır.
“Çikaqo Fayr” artıq Robertə ilkin təklifini irəli sürüb. Bu mövsüm 17 oyunda 8 qol vuran Levandovskinin Kataloniya klubu ilə müqaviləsi bu yay başa çatır.