- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 161
- Mart 26, 2026
- 0

Bu gün qadın həndbolçuların superliqasında 17-cı turun oyunları keçirildi. Allsport.az saytı xəbər verir ki, “ABU-arena”da ilk olaraq meydançaya “İdman Akademiyası” və “Nur” çıxıblar. Bu mübarizədə Mingəçevir təmsilçisi böyük fərqlə sevinib (38:16).
Növbəti görüşdə vitse-çempion “Azəryol” autsayder “Gənclərbirliyi”ə aman vermədi – 31: 20. Günün mərkəzi matçında lider “Azərsu” və “Qarabağ” qarşılaşdılar.
İlk hissə debütantın xeyrinə bitsə də, növbəti yarıda Çingiz Əzimovun komandası toparlanıb və 30:29 qalib gələrək çempionatın sonlarında gərginliyi zirvə həddinə qaldırıb (yarış cədvəli ön səhifədə).