Liderlərin mücadiləsində “Azərsu” sevinib

Bu gün qadın həndbolçuların superliqasında 3-cü tura start verilib. Allsport.az saytı xəbər verir ki, ilk oyun günündə yarışın favoritləri “Azərsu” və “Azəryol” üz-üzə gəliblər.

Gözlənildiyi kimi gərgin mübarizə şəraitində keçən qarşılaşmanın ilk hissəsi 12:12 yekunlaşıb. Fasilədən sonra da rəqiblərin bərabər mübarizəsi hesabda əksini tapa bilərdi.

Amma final fitinə az qalmış, hesab 27:27 olarkən “Azəryol”un qapısına təyin edilən 7-metrlik cərimə zərbəsindən dəqiq yararlanan ölkə çempionu matçı qələbə ilə başa vurub – 28:27.

Həmin kateqoriyadan