Lima mükafat yarışına 17 cüdoçu ilə

11–13 oktyabrda Perunun paytaxtı Limada qran pri turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Azərbaycan bu yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elxan Məmmədov və qadınlardan ibarət yığmanın baş məşqçisi Əminə Abdullətifin başçılığı ilə 9 çəki dərəcəsində 17 cüdoçu (14 kişi, 3 qadın) ilə təmsil olunacaq. 3 gün davam edəcək turnirdə 49 ölkədən 293 idmançı (172 kişi, 121 qadın) iştirak edəcək.

Kişilər

60 kq
Turan Bayramov
Əhməd Yusifov

66 kq
Ruslan Paşayev
Rəşad Yelkiyev

73 kq
Hidayət Heydərov
Rəşid Məmmədəliyev

81 kq
Vüsal Qələndərzadə
Ömər Rəcəbli

90 kq
Vüqar Talıbov
Murad Fətiyev

100 kq
Zelim Kotsoyev
Əjdər Bağırov

+100 kq
Uşanqi Kokauri
Kənan Nəsibov

Qadınlar

48 kq
Könül Əliyeva

52 kq
Xədicə Qədəşova
Aydan Vəliyeva

Həmin kateqoriyadan