Livramentonun zədəsi ağırdır?

“Nyukasl”ın müdafiəçisi Tino Livramentonun durumu məlum olub.

Allsport.az xəbər verir ki, liqa kubokunda “Fulhem”lə matçda zədələnərək meydanı tərk edən futbolçunun vəziyyətinin ağır olduğu ehtimal edilirdi. Lakin müayinələrdən sonra məlum olub ki, Livramentonun diz bağlarında ağır zədə yoxdur.

Bu xəbər həm “Nyukasl”, həm də İngiltərə millisi üçün böyük təsəllidir. Çünki gənc müdafiəçinin həm mövsümü erkən bitirmək, həm də qarşıdakı dünya çempionatını qaçırmaq riski var idi. Onun yaşıl meydanlara gözləniləndən daha tez qayıdacağı bildirilir.

Həmin kateqoriyadan