- Baxış sayı: 142
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Bu gün Bakının qadın voleybolçulardan ibarət “Lokomotiv” klubu Avropa Çempionlar Liqasında növbəti matçını keçirib. Allsport.az saytı xəbər verir ki, “dəmiryolçular” 4-cü turda səfərdə Almaniyanın “Alyants Ştutqart” komandası ilə qarşılaşıb.
Adı çəkilən matçda gözlənilməz nəticə qeydə alınıb. “A” qrupunda 1 xalı belə olmayan rəqib təmsilçimizə 3:1 hesabı ilə qalib gəlib (25:23, 26:24, 16:25, 25:16). Qazan “Dinamo”su 12 xalla liderdir. Bakı “Lokomotiv”inin 6, “Azərreyl”in 3 və “Alyants Ştuttqart”ın 3 xalı var.