- Baxış sayı: 49
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 102
- Fevral 09, 2026
- 0

“Sərhədçi” Olimpiya İdman Mərkəzində kişi voleybolçuların yüksək liqasına yekun vuruldu. Allsport.az saytı xəbər verir ki, 3-cü yer uğrunda 2-ci görüşdə də “Neftçi” MOİK klubuna 3:1 qalib gəlib.
Finalda “Sərhədçi” və “Lokomotiv” arasında görüş gərgin keçdi. İlk 2 setdə uduzan Ziya Rəcəbovun komandası sonradan toparlanıb. “Sərhədçilər”, az qala, 4-cü hissəni də aparırdı.
Amma həlledici anda səhvlər buraxan ev sahibi məğlubiyyətlə barışıb – 1:3 (15:25, 16:25, 25:21, 26:28). “Lokomotiv” ilk oyunda (3:0) da qalib gəldiyindən, ardıcıl 2-ci mövsüm çempionluğu bayram edib.