- Baxış sayı: 48
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 168
- Fevral 08, 2026
- 0
Ölkəmizi Avropa Çempionlar Liqasında təmsil edəcək “Lokomotiv” klubu, hazırlıq mərhələsinin ikinci hissəsini İtaliyanın Bolonya şəhərində davam etdirir. Allsport.az saytı xəbər verir ki, komanda tam heyətlə Appeninə yollanıb.
8 gün sürəcək toplanışda “dəmiryolçular” yerli “Pyaçentsa”, “Modena”, “San Casciano” və “Bisonte Florense” klublar ilə yoldaşlıq görüşü keçirəcək.
Ayin 11-də vətənə dönəcək “Lokomotiv” iki günlük istirahətdən sonra, təlim-məşq toplanışının üçüncü mərhələsi üçün Türkiyənin paytaxtı İstanbula yola düşəcəklər.