- Baxış sayı: 35
- 19 Yanvar 2025 14:22
- Baxış sayı: 130
- Yanvar 19, 2025
- 0
Yeni mövsümə hazırlığı davam etdirən Bakının qadınlardan ibarət “Telekom” və “Lokomotiv” voleybol klubları yoldaşlıq matçında güclərini sınayıblar. Allsport.az saytı xəbər verir ki, Bakı Olimpiya İdman Kompleksində təşkil olunan oyunda “dəmiryolçular” 3:1 hesabı ilə qalib gəlib.
Hər iki komandamız Çempionlar Liqası yarışlarında mübarizə aparacaq. “Lokomotiv” “A” qrupunda “Azərreyl” (Azərbaycan), “Alyants Ştutqart” (Almaniya) və “Dinamo Kazan” (Rusiya), “Telekom” isə “E” qrupunda Almaniyanın “Drezdner”, Türkiyənin “Fənərbağça” və Polşanın “İmpel Vrotslav” komandaları ilə qarşılaşacaq.