- Baxış sayı: 53
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 168
- Fevral 09, 2026
- 0

Bakının qadınlardan ibarət “Lokomotiv” voleybol klubunun baş məşqçisi Fransua Salvaqnini istefaya göndərilib. Allsport.az xəbər verir ki, baş məşqçinin köməkçilərindən Andrea Selani, həmçinin komandaya gətirdiyi digər həmyerliləri də vətəninə yola salınıb.
Azərbaycan Super Liqasında 9 oyundan 16 xal toplayan “Lokomotiv” 3-cü yerdə qərarlaşıb. Çempionlar Liqasının “A” qrupunda mübarizə aparan Bakı təmsilçisi 6 xalla ikinci pillədədir.