- Baxış sayı: 20
- 25 Noyabr 2024 15:02
- Baxış sayı: 20
- Noyabr 25, 2024
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
AzAL – “Rəvan” matçında AzAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. “Rəvan”ın baş məşqiçisi Emin Quliyev oyunsonrası mətbuat konfransında iştirak etmədiyinə görə klub 1000 manat cərimə olunub.
“Zirə” – “Neftçi” matçının 47-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Fəhmin Muradbəyli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub.
“Qəbələ” – “Xəzər Lənkəran” matçından sonra keçirilən mətbuat konfransında Yunis Hüseynov iştirak etmədiyi üçün “Xəzər Lənkəran” 1000 manat cərimə olunub.
“Kəpəz” – “Sumqayıt” matçının 76-cı dəqiqəsində “Sumqayıt”ın futbolçusu Slavik Alxasov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“İnter” – “Qarabağ” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 90-cı dəqiqəsində “İnter”in futbolçusu Georgi Lomaya hakimlər briqadasın təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb, klubu 4000 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “İnter” klubunun 14 №-li futbolçusu Zurab Xizanişvili hakimlər briqadasına qarşı təhqir edici jest və ifadələr işlətdiyinə görə 4 oyunluq cəzalanıb, klubu 4000 manat cərimə olunub.
Oyun başa çatdıqdan sonra “İnter”in nümayəndəsi Natiq Əsgərov hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klubu 5000 manat cərimə olunub.