Luiş Nani karyerasını bitirdi

Portuqaliya millisi ilə Avropa çempionu olan Luiş Nani karyerasını bitirdiyini açıqlayıb.

Allsport.az xəbər verir ki, 38 yaşlı futbolçu bu barədə sosial şəbəkədə paylaşım edib:

“Vidalaşmağın vaxtıdır. Peşəkar futbolçu kimi karyeramı bitirmək qərarına gəldim. Bu heyrətamiz səyahət idi. 20 ildən çox davam edən karyeram boyunca mənə dəstək olan və mənə çoxlu unudulmaz xatirələr bəxş edən hər kəsə təşəkkür etmək istərdim.”

Nani karyerası ərzində “Mançester Yunayted”, “Sportinq”, “Fənərbağça”, “Valensiya”, “Latsio”, “Orlando Siti”, “Venesiya”, “Melbörn Viktori” və “Adana Dəmirspor”da çıxış edib. Portuqaliyanın son klubu “Eştrela” olub.

Həmin kateqoriyadan