Lukakunun qiyməti

“Napoli” hücumçusu Romelu Lukakunu transferə çıxarmağa hazırlaşır.

Allsport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Neapol təmsilçisi 32 yaşlı futbolçunun satışı üçün 10-15 milyon avro məbləğində təzminat tələb edir. Cari mövsümün əvvəlində ağır zədə alan Lukaku uzun müddətdir yaşıl meydanlardan uzaq qaldığı üçün hələ də rəsmi oyunlarda iştirak etməyib.

Belçikalının “Napoli” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Həmin kateqoriyadan