- Baxış sayı: 91
- 19 Noyabr 2025 16:40
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

Estoniyanın paytaxtı Tallində Avropa atıcılıq konfederasiyasının təşkilatçılığı ilə keçirilən nüfuzlu “Lapua” Avropa kubokunda Azərbaycan atıcısı Ruslan Lunev möhtəşəm çıxışı ilə birinciliyə yüksəlib.
Allsport.az xəbər verir ki, 25 metr məsafəyə atəş üzrə yarışda Lunev ardıcıl və dəqiq atışlarla 574 xal (14x) nəticə göstərərək güclü rəqiblərini geridə qoydu və ölkəmizə qızıl medal qazandırdı.