- Baxış sayı: 42
- 14 Oktyabr 2024 15:46
- Baxış sayı: 72
- Oktyabr 17, 2024
- 0
Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov “Grand Chess Tour” seriyasının ilk mərhələsi olan “Superbet Chess Classic” turnirində növbəti oyunlarına çıxıblar. Allsport.az xəbər verir ki, Şəhriyar Məmmədyarov 5-ci turda qara fiqurlarla Konstantin Lupuleskuya (Rumıniya) qalib gəlib.
Teymur Rəcəbov isə ağ fiqurlarla Rusiya təmsilçisi Aleksandr Qrişuka ilə heç-heçə edib.
Buxarestdə keçirilən turnirdə 5 turdan sonra 3 xalı olan Məmmədyarov Uesli So (ABŞ) və Qrişukla birlikdə ilk 3 pilləni bölüşdürür. Rəcəbov isə 2,5 xalla 6-cıdır.