- Baxış sayı: 42
- 26 Mart 2026 12:23
- Baxış sayı: 23
- Mart 26, 2026
- 0

“Sabah” klubu Azərbaycan basketbol liqasının final sıralamasının 4-cü oyununda “Neftçi”yə 66:84 yenilib. Allsport.az saytı xəbər verir ki, “bayquşlar”ın baş məşqçisi Rimas Kurtinaytis məğlubiyyətə aydınlıq gətiribi:
“Məğlubiyyətə bəraət yoxdur. Fiziki yorğunluq səbəb ola bilməz. Çünki rəqib də eyni şərtlər altında mübarizə aparır. Rəqib mobil oyun göstərdi. Biz də isə heçnə alınmadı. Növbəti oyunun bazar günü keçirilməsi oyunçulara bir qədər istirahət verməyə şərait yaradır.
Bu pley-offdur. Final seriyasında hər iki tərəf ən yaxşı oyununu göstərməyə çalışır. Bizim kimi rəqib də hər oyuna qələbə üçün çıxır. Seriyada ümumi hesab 2:2-dir. Hər şey yenidən başlayır”.