- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Basketbol federasiyasının təşəbbüsü ilə məktəblilərin respublika birinciliyinin zona üzrə finalı keçirilib. Allsport.az saytı xəbər verir ki, həlledici mərhələdə 12 oğlan və 12 qız komandaları mübarizə aparıblar.
Yekun nəticələrə görə, oğlanlarda Bakı şəhər Nərimanov rayonu 82 saylı məktəbin komandası 1-ci yeri tutub. Qızların yarışında Şəki rayonu Şorsu kənd məktəbinin basketbolçuları qalib adını qazanıblar.