“Mənə elə gəlir ki, Amerika çoxdan dağılıb”

Rusiya xizək yarışları federasiyasının prezidenti Yelena Vyalbe müsahibə verib. Allsport.az saytı xəbər verir ki, ondan başqa məsələlərlə yanaşı, Amerikanın 20 ildən sonra dağılıb-dağılmayacağı sualı verilib.

“20 ildən sonra? Mənə elə gəlir ki, çoxdan dağılıb. Amerikaya getmək istəyənlər çox deyil. Xeyr, mən bilmirəm, dağılacaq, yoxsa yox. Amma mənə elə gəlir ki, indiki kimi bir ölkə mütləq olmayacaq.

Bəzi dövlətləri parçalamaq üçün çağırışlar var. Düşünürəm ki, onlar üçün hər şey buna doğru gedir. Vətəndaş müharibəsi olmasa, bir-birini harda öldürəcəklər”.

Həmin kateqoriyadan