- Baxış sayı: 25
- 17 Dekabr 2025 12:20
- Baxış sayı: 50
- Dekabr 16, 2025
- 0

“Çelsi”nin hücumçusu Alexandro Qarnaço İngiltərə liqa kubokunun 1/4 finalında “Kardiff Siti” üzərində qazanılan 3:1 hesablı qələbəni şərh edib.
Allsport.az xəbər verir ki, argentinalı futbolçu rəqibin güclü mübarizə apardığını bildirib:
“”Kardiff Siti” çox güclü komandadır. Onların hansı liqada olduqlarına diqqət yetirmirdik. Rəqibimiz həqiqətən yaxşı iş gördülər, amma yarımfinala yüksəldiyimiz üçün şadıq. Komandaya kömək etməyə çalışdım. Pedro, digər oyunçular və mən də bunu etdik, ona görə də həqiqətən xoşbəxtik.
Bir komanda olaraq, “Çelsi” çox yaxşı oynayır. Bəzən start heyətində, bəzən isə ehtiyat oyunçular skamyasından oyuna daxil olmağımın fərqi yoxdur. Mən buna diqqət yetirmirəm. Sadəcə komandaya kömək etməyə çalışıram”.