- Baxış sayı: 38
- 26 Mart 2026 19:37
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

UFC-nin orta çəkidə (84 kq-a qədər) məğlubiyyətsiz döyüşçüsü Həmzət Çimayev açıqlama verib.
Allsport.az xəbər verir ki, çeçen idmançı avqustun 17-də Çikaqoda UFC 319 turnirində hazırkı çempion Drikkus dyu Plessislə qarşıdakı döyüşdən danışıb:
“Onun döyüşdüyü hər kəs məğlubedilməz deyildi. O, artıq itkiləri olan Adesanyanı, necə döyüşəcəyini bilməyən Şon Striklendi məğlub edib. Mən uduzmağın nə olduğunu bilmirəm. Nə desə də, qəfəsə girib döyüşməli olacaq”.
Həmzət Çimayevin 30 yaşı var.