- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında növbəti medal müjdəsi İrina Netrebadan (65 kq) gəldi. Allsport.az saytı xəbər verir ki, 27 yaşlı güləşçi sevinsini belə bölüşdü:
“Sözsüz, medal uğrunda görüş çətin keçdi. Amerikalı rəqibimi daha öncədən tanıyırdım. İlk dəfə dünya çempionatında medal qazandım.
Təbii ki, bu bürünc medalı Avropa çempionatındakı müküfatdan daha dəyərli sayıram. Məni sevindirən məqam əvvəl uduzduğum çinli güləşçidən əvəz çıxmağım oldu. Şəxsi məşqçimə və yığmanın məşqçilərinə, bütün komandamıza təşəkkür edirəm. Qələbəmi anama həsr edirəm”.