“Mənim gələcəyimə: 8.10.2024”

“Barselona”nın və İspaniya millisinin keçmiç yarımmüdafiəçisi Andres İnyesta oktyabrın 8-də futbolçu karyerasını başa vuracağını açıqlayacaq.

Allsport.az saytı xəbər verir ki, o, karyerasının çox hissəsində 8 nömrəni geyinib. 40 yaşlı futbolçu sosial şəbəkələrdə bir rəssamın onu kürəyində sonsuzluq işarəsi şəklində 8 rəqəmi ilə çəkdiyi video yayımlayıb. Eyni zamanda, divarda belə yazılıb: “Mənim gələcəyimə: 8.10.2024”.

İnyesta “Emireyts”i tərk etdikdən sonra komandasız qalıb. 2018-2023-cü illərdə yarımmüdafiəçi “Vissel Kobe”də çıxış edib. Bundan əvvəl İnyesta bütün karyerasını “Barselona”da keçirib. Kataloniya klubu ilə 4 dəfə çempionlar liqasının qalibi, 9 dəfə İspaniya çempionu, 6 dəfə ölkə kubokunun qalibi olub. İspaniya millisinin tərkibində 2 dəfə Dünya Kubokunun və Avropa çempionatının qalibi olub.

Həmin kateqoriyadan