- Baxış sayı: 33
- 24 Noyabr 2024 11:42
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Basketbol millisi “Xilasedici” idman-sağlamlıq mərkəzində yeni mövsümə hazırlaşır. Allsport.az saytı xəbər verir ki, komandamızın yeni serbiyalı baş məşqçisi Aleksandar Trifunoviç toplanışla bağlı açıqlama verib: ”Mən Azərbaycanı yaxşı tanıyırdım. Özüm futbol azarkeşiyəm. Azərbaycan futbolu və bu ölkənin tarixi haqqında da eşitmişdim. Əfsuslar olsun ki, yığma komanda FİBA -nın reytinq siyahısından uzaqlaşdırılıb. Lakin bu son demək deyil. Komandanın uğurla çıxış etməsi üçün işlər görülür.
Federasiyanın yeni rəhbərliyi həqiqətəndə komandada əhval-ruhiyəni qaldırmaq, gənc nəsilin basketbola maraq göstərməsi üçün çox böyük işlər görür və mən bunu çox yüksək qiymətləndirirəm. Elə bu səbəbdən mənə təklif gələndə dərhal qəbul etdim. Mənim üçün milli komanda çalışmaq böyük şərəfdir.
Hal-hazırda təlim-məşq toplanışı uğurla davam edir. Komandada hərşey qaydasındadır. İyun ayının sonunda Maltada kiçik ölkələrin Avropa çempionatı baş tutacaq. Bizim əsas məqsədimiz Avropa çempionatında layiqli mübarizə apararaq qalib gəlmək və FİBA -nın reytinq siyahısına yenidən daxil olmaqdır.