“Məqsədimiz gəncləri milli komandalara hazırlamaqdır”

“Gənclər” VK-nın baş məşqçisi Cahangir Səid Abbasi açıqlama verib. Allsport.az xəbər verir ki, o, məqsədləri haqda danışıb:

“Komandamız gənc oyunçulardan formalaşıb. Bu gənclər ilk dəfədir ki, ölkə çempionatında iştirak edirlər. Bizim məqsədimiz gənclərin oyun təcrübələrini artırmaq və onları milli komandalara hazırlamaqdır.

Bir neçə il əvvələ baxsaq, bu mövsüm çempionat daha güclüdür və komanda sayı artıb. Bu, çox yaxşı haldır. Güclü komandaların və təcrübəli oyunçuların iştirakı çempionatın səviyyəsini daha da artırır”.

Həmin kateqoriyadan