Mərkəzi Asiya açıq çempionatında

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiyanın açıq çempionatına start veriləcək. Allsport.az saytı xəbər verir ki, qadın həndbolçular arasında yarışda 9 komanda mübarizə aparacaq.

Turnirdə yığmamızla yanaşı, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın komandaları mükafatlar uğurunda yarışacaq. Millimiz Qazaxıstanın “Almata region”, Özbəkistanın ROPSTTM və OKMK klubu ilə birgə “A” qrupunda çıxış edəcək.

Qrup mərhələsində ilk 2 yeri tutan komandalar yarımfinala yüksələcək.

Həmin kateqoriyadan